Alış-veriş çantası
Alış-veriş səbətiniz boşdur

1. Tərəflər

1.1. Şirkət:
Ticarət adı: “NIGELLA ALYALINA” MMC
Hüquqi ünvan: Bakı şəhəri, Kövkəb Səfərəliyeva küç., 16D
(Bundan sonra “Nigella Alyalina” və ya “Şirkət” adlandırılacaq.)

1.2. Üzv:
Ad, soyad / Ticarət adı: ........................................
Ş/V seriya və nömrəsi, FİN / VÖEN: ........................................
Yaşayış ünvanı / Hüquqi ünvan: ........................................
(Bundan sonra “Üzv” adlandırılacaq.)
 

2. Müqavilənin Mövzusu

Bu müqavilə Şirkət tərəfindən təqdim edilən məhsulların Üzv tərəfindən alınması və üçüncü şəxslərə satılması qaydalarını, tərəflərin hüquq və öhdəliklərini tənzimləyir. Üzv bu müqavilə şərtlərini qəbul etməklə Şirkətin bütün daxili qaydalarına əməl etməyi öhdəsinə götürür.

3. Üzvlük Şərtləri

3.1. Bu müqavilə Üzvə agentlik, nümayəndəlik, işçi və ya tərəfdaşlıq statusu vermir. Üzv müstəqil fəaliyyət göstərir.
3.2. Tərəflər bir-birinin agenti və ya tərəfdaşı hesab edilmir.
3.3. Üzv vergi və digər hüquqi öhdəliklərə görə özü məsuldur.
3.4. Üzvlük yalnız Şirkətin yazılı razılığı ilə birinci dərəcəli qohuma ötürülə bilər.
3.5. Şəxsiyyət məlumatları təsdiqlənmədən üzvlük qüvvəyə minmir.
3.6. Üzv olmaq üçün 18 yaşdan yuxarı olmaq və fəaliyyət qabiliyyətinə malik olmaq tələb olunur.
3.7. Şirkət üzvlüyü istənilən vaxt xəbərdarlıq etmədən ləğv etmək hüququna malikdir. Başqa şəbəkə marketinq sistemində aktiv iştirak ləğv üçün əsasdır.

4. Tərəflərin Hüquq və Öhdəlikləri

4.1. Üzv məhsulları Şirkətin müəyyən etdiyi qaydada alıb satır.
4.2. Üzv məhsul haqqında əlavə təminat verə bilməz.
4.3. Üzv rəqib məhsulların təbliğatı ilə məşğul ola bilməz.
4.4. Üzv reklam və təqdimat qaydalarına əməl etməlidir.
4.5. Üzvün Şirkət adından yanlış vədlər verməsi qadağandır; doğan zərərə görə məsuliyyət Üzvdədir.
4.6. Şirkət qanunvericiliyə uyğun olaraq üzvlük şərtlərini dəyişə bilər.
4.7. Eyni ailədən şəxslər sistemə ayrı daxil olarsa, sonradan daxil olan şəxsin komandası birincinin komandasına yönləndirilir.

5. Əqli Mülkiyyət Hüquqları

Şirkətə məxsus brend, loqo, dizayn, mətn və sistem məlumatları müəllif hüquqları ilə qorunur. Üzv Şirkətin yazılı icazəsi olmadan istifadə edə, paylaşa və ya çoxalda bilməz.

6. Müddət və Xitam

6.1. Müqavilə 1 il müddətinə bağlanır, bildiriş olmadan avtomatik uzadılır.
6.2. Şirkət Üzvün şərtləri pozması halında müqaviləni dərhal ləğv edə bilər.
6.3. Üzv ölüm halında, hüquqi varislərin müraciəti ilə davam etdirilə bilər.
6.4. Üzv 14 gün içində imtina ərizəsi təqdim edərsə, məhsullar sağlam şəkildə qaytarıldıqdan sonra ödəniş geri verilir. Sonrakı istefa hallarında geri ödəniş edilmir.

7. Materialların Qaytarılması

Müqavilə ləğv edildikdə Üzv Şirkətə məxsus bütün materialları 7 gün ərzində geri qaytarır və istifadəni dayandırır.

8. Mükafat Ödənişləri

Ödənişlər yalnız Üzvün adına bank hesabına və ya sübut əsasında birinci dərəcəli qohumun hesabına köçürülə bilər.

9. Fors-Major

Təbii fəlakət, müharibə, texniki nasazlıq və digər nəzarətdən kənar hallar zamanı tərəflər məsuliyyət daşımır.

10. Tətbiq Olunan Qanun və Yurisdiksiya

Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə tabedir. Mübahisələr Azərbaycan Respublikasının məhkəmələri və icra orqanlarında həll edilir.

Üzv: _______________________
Tarix: _______________________